Bir neçə səbəbdən yarana bilər. 1-ci irsi xəstəliklə keçə bilər, 2-ci qadınlarda hamiləlikdən sonra, 3-cü ayaqda olan travmalardan sonra damar genişlənməsi yarana bilər.
Xəstənin ayaqlarında hissiyat yoxdursa, bu ciddi problemlərə gətirib çıxara bilər. Ayağını isti yerə qoyar, hiss etməz, yanar, ayaqqabıda yad cisimlərin olduğunu hiss etməz yara alar və s.
Şəkərli diabet xəstələri sağlamlığını nəzarətdə saxlamaq məqsədi ilə ildə bir dəfə damar cərrahının müayinəsindən keçməyi kifayətdir. Bundan başqa, hər gün ayaqlarına nəzarət etməli, ayağında yara, qanama və s. olarsa damar cərrahına müraciət etməlidir.
Bəli, ayaqlarında qanqrena yaranan xəstələrin 30%-də şəkərli diabet xəstəliyi görünsə də, bu xəstəlik olmayan şəxslərin ayaqlarında da qanqrena baş verə bilər.
Ayaqların qorunması üçün aşağı ətrafların doppler müayinəsi artıq öz effektini itirmişdir. Bu müayinə başqa üsullarla dəyərləndirilir.