Səyahət zamanı ayaqlarda şişkinliyin səbəbi

Səyahət zamanı ayaqlarda rast gəlinən şişkinlik zərərsiz bir vəziyyət olub, hərəkətsizlik nəticəsində baş verir. Uzun müddət oturmaq damarlarda qanın yığılmasına səbəb olur və ayaqların şişməsinə gətirib çıxarır. Qısa müddətdə normala dönəcək. Lakin bu şişkinliyin hərəkət etdikdən sonra da davam etməsi ciddi damar probleminin başladığının xəbərçisi ola bilər. Cərrahiyyə əməliyyatı keçirmisinizsə, ailənizdə laxtalanma problemi varsa və 4 saatdan çox oturaq şəraitdə səyahət edəcəksinizsə, həkimlə məsləhətləşin və etməli olduğunuz tədbirləri öyrənin. Əgər ayağınızda varikoz varsa və uzun yol getməyi planlaşdırırsınızsa,mütləq öz damar-cərrahınızla bu vəziyyəti müzakirə edin.

 

 

Səyahətdən sonra ayaq şişkinliyinin azaldılması üçün aşağıdakılara riayət etməyiniz tövsiyə olunur. Ayaqları yuxarı qaldırmaq. Ayağın şişməsinin qarşısını almaq üçün ayağınızı qaldıraraq ayaqlara qan axmasının qarşısı alır və şişkinliyi sağaldacaqsınız. Buz terapiyası. Ayaqları məşq etdirmək Ayaqları duzlu suda islatmaq. Sağlam qidalanmaq və həddindən artıq duzdan çəkinmək.

Damar Cərrahı Doktor Əşrəf Həsənzadə haqqında oxumaq üçün klik edin 

Diabetik Pəncə I Diabetik Ayaq Sindromu Nədir? adlı videomuzu izləmək üçün klik edin