Qızıl yel nədir və müalicəsi

İnsanlar arasında yüksək qızdırma, tərləmə, halsızlıq, ürək bulanma kimi şikayətlərlə müşahidə edilən infeksion xəstəliklərin yayılması artıb. Fəsillə əlaqədar olaraq bəzən bunu revmatizm, hətta qrip hesab edərək həkimə müraciət etməkdən yayınan xəstələr olur. Təbii ki, həkim müayinəsi olmadan problemin əsas səbəbini müəyyən etmək olmaz. Həkimlər isə bu simptomların tibbdə "Qızıl yel" kimi tanınan infeksion xəstəlikdə də rast gəlindiyini deyirlər. Bəs bu xəstəlik nədən yaranır?

Ümumiyyətlə qızıl yel immunitet zəifliyindən bədənə düşən infeksiyadır. Bütün infeskiyalar kimi orqanizm müqaviməti zəif olduqda bu kimi xəstəliklər yarana bilir. Bu infeksiya digərlərindən fərqli olaraq bədəndə uzun müddət qalır. Həmçinin qızıl yel zamanı dəri zədələnir, və orada al-qırmızı ləkələr əmələ gəlir

İnfeksiyanın mənbəyi streptokokk infeksiyalı xəstə və ya bakteriya gəzdiricisidir. Yoluxma mexanizmi hava-damcı və təmas yolu ilə yoluxmuş əşyalar vasitəsilə, xüsusilə dəri örtüyünün bütövlüyü pozulduqda baş verir.
Qızıl yel endogen və ekzogen yolla orqanizmə daxil olur. Endogen xarakterli qızıl yel orqanizmdə xroniki ocaqlar fonunda yaranır. Dərinin mikro travması və yara səthi törədicinin təmas yolu ilə keçməsinə şərait yaradır.


Qızıl yel xəstəliyinin əsl adı, fransız dilində “rouge” sözündən əmələ gəlib, və tərcümədə “qırmızı” deməkdir. Müasir infeksiya patologiyasının strukturunda yayılmasına görə, qızıl yel, kəskin respirator və bağırsaq infeksiyalarından və viruslu hepatitlərdən sonra, 4-cü yer tutur. Daha çox yaşlı insanlarda rast gəlir. 20-30 yaşlı insanlar arasında qızıl yeldən əksərən kişilər əziyyət çəkir, hansıların ki, peşəkar fəaliyyəti, tez-tez baş verən mikrotravmalarla və dərinin çirklənməsiylə, həmçinin kəskin hərarət dəyişiklikləriylə bağlıdır. Bu, sürücülər, fəhlələr, inşaat işçiləri, hərbiçilər və s. ola bilər. Qızıl yel adətən ayaqlarda və qollarda əmələ gəlir, daha az üzdə, və çox nadir hallarda bədəndə, aralıqda və cinsiyyət orqanlarında olur. Bu iltihaba ətrafdakı adamlar fikir verirlər və xəstədə kəskin psixoloji diskomfort hissi yaranır.
Bu x
əstəlik vaxtında müalicə olunmazsa, böyrək və ürək-damar sistemi tərəfindən ağırlaşmalar əmələ gələ bilər (revmatizm, nefrit, miokardit).

Bütün xəstəliklərdə olduğu kimi bu xəstəliyin də dəqiq diaqnozunu qoymaq və düzgün müalicə təyin etmək üçün xəstələrin həkimə vaxtında müraciət etməsi vacibdir.