Qanqrena hansı hallarda yaranır?

Qanqrena toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsidir (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarının trombozu, ateroskleroz, endarterit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində də baş verir. Qanqrenoz proseslər şəkər xəstələrində daha sıx rast gəlinir. Qangrenanın inkişafını sürətləndirə biləcək risk faktorlarına aşağıdakılar daxildir: Ateroskleroz Diabet Siqaret çəkmək Travma və ya ciddi zədə Periferik arterial xəstəliklər Piylənmə Raynaud xəstəliyi Zəif immunitet sistemi. Qanqrenanın ən çox təsirləndiyi yerlər ayaq barmaqları, barmaqlar, əllər, qollar, ayaqlar və ayaqları əhatə edən ətraflardır. Qanqrenanın bir çox formaları var və onların heç biri yoluxucu və ya bir şəxsdən digərinə keçə bilməz.

Süd Vəzi Xərçəngi Nədir - Döş Xərçənginin Əlamətləri Günel Qəbərovanın bloquna keçid etmək üçün klik edin 

 

Müalicəsi Qanqrenanı törədə bilən səbəblər aradan qaldırılır, qan köçürülür, antibiotik vurulur, bunlar müsbət nəticə vermədikdə cərrahi əməliyyat olunur. Vəziyyətin bu həddə çatmasına imkan verməyin, vaxtında həkimə müraciət edin ki, "qanqrena" adlı düşmənlə üz-üzə gəlməyəsiniz.

Pasientlərimiz tərəfindən tez-tez verilən suallara keçid etmək üçün klik edin 

Ayaq Ağrılarının Səbəbi Nədir? adlı videomuza keçid etmək üçün klik edin