Problemli damarlara əlvida!

Gəzərkən ağrıya səbəb olan ən çox rast gəlinən ayaq damarlarının tıxanması ilk etapda dərmanla idarə olunmağa çalışılır. Əgər tibbi müalicə və həyat tərzi dəyişikliyi ilə problem aradan qalxmazsa, bu dəfə cərrahiyyə kimi yanaşmalar ortaya girir. Bədəni əhatə edən damar sistemində meydana gələn ateroskleroz; ən çox ürəyi, boynu və beyni qidalandıran damarlarda və ayaqlarda görülür. Bəzi xəstələrdə həm ürək, həm ayaq, həm də beyin damarları olduğu halda bəzilərində yalnız ayaqlarda baş verə bilər. Ayaqlarda damar tıxanıqlığı ən çox gəzinti zamanı yaranan ağrı ilə özünü göstərir. Odur ki, belə bir əlamət meydana gəldikdə, ayaq damarlarında problem olduğunu düşünmək lazımdır. Ayaqda ağrıların meydana gəlməsi, damar dartılması kimi problemlər bir neçə səbəbdən yaranır: ♻️Varikoz xəstəliyi; ♻️Nevroloji pozulmalar, isteriya; ♻️Hərarətlə müşayiət olunan infeksion xəstəliklər; ♻️Endokrin xəstəliklər (diabet və s.); ♻️Hamiləlik; ♻️Ayaqları narahat vəziyyətdə qoymaq; ♻️Mineral çatışmazlığı; ♻️Düzgün qidalanmamaq, az su içmək; ♻️Həddindən artıq fiziki yüklənmə. ♻️Limfa dövranının pozulması ♻️Oynaqlarda artroz ayaqlarda ağrıya səbəb ola bilər

 

Xüsusilə, ailəsində ürək və ya damar xəstəlikləri olan insanlar, yeriyərkən dayanmağa məcbur edən ağrıları varsa, mütləq mütəxəssisə müraciət etməlidirlər. Ayaqlarımızın ətrafındakı əzələlərimiz bir dəstək olaraq qanın ürəyə dönməsini təmin edir. Hərəkətlərimiz məhdud olduqda bu dönmə azalır, damarlar genişlənir, qan topalanır və varikoz damarlar əmələ gəlir. Dünyada hər dörd nəfərdən birində varikoz damarlara rast gəlinir. Digər xəstəliklərdə olduğu kimi erkən həkim müayinəsindən keçmək, daha böyük problemlər olmadan sadə üsullarla müalicə olunmağınıza kömək edəcək.olacaq. Problemli ayaqların həyat şəraitinizi aşağı salmasına icazə verməyin!

Damar cərrahı Doktor Əşrəf Həsənzadə ilə əlaqə saxlamaq üçün klik edin 

Şəkər yarasına insulin vurmaq olar? adlı videomuzu izləmək üçün klik edin