Hamiləlikdə varikoz kabusunuz olmasın!

Damarların varikoz genişlənməsi hamiləlikdə ən çox rast gəlinən patologiyalardan hesab olunur. 2/3 hallarda varikozun əlamətləri birinci hamiləliyin 20-ci həftəsindən sonra meydana çıxır. Damar həkimi – fleboloqların məlumatlarına əsasən, qadın pasiyentlərin 70-90%-i xəstəliyin ilkin simptomlarının məhz hamiləlikdə yarandığını qeyd edirlər. Hamiləlikdə varikoz kosmetik problem olmaqla yanaşı, həm də bir sıra narahatlıqlar törədir. Erkən mərhələlərdə ayaqlarda xarakterik damar "ulduzcuqları" formalaşır. Baldır və pəncə nahiyəsində axşam saatlarında şişkinlik əmələ gəlir. Aşağı ətraflarda dərinin rəngi dəyişir, piqment ləkələr və ağrı hissi yaranır. Gecə vaxtlarında baldır əzələlərində qıcolmalar baş verir. Xəstəlik proqressivləşdikdə estetik pozğunluqların artması ilə bərabər, varikozun fəsadları: tromboz, tromboflebit, trofik yaranın inkişaf riski yüksəlir.

 

Hamiləlikdə varikoz necə müalicə olunur? Arzuolunmaz nəticələrdən qorunmaq və varikozun ağırlaşmalarının qarşısını almaq üçün damar genişlənməsinin ilkin əlamətlərinə rast gəlindikdə həkim-fleboloqa müraciət edilməli, onun təyinatlarına ciddi riayət olunmalıdır. Hamiləlikdə adətən damar corabları, bitki tərkibli flebotoniklər və fleboprotektorlar məsləhət görülür. Digər müalicə üsulları (Skleroterapiya, Lazer ablasiya) doğuşdan sonraya saxlanılır. dr_ashraf_hasanzadeh 👨‍⚕️🧬 Hamilə xanımlara məsləhətlərimiz: ✅Ayaq üstündə uzun müddət qalmayın ✅Rahat və geniş paltarlar geyinin ✅Yatarkən yan tərəfə uzanın ✅Sərin yerlərdə vaxt keçirin ✅Ayaqlarınız şişərsə, soyuq kompres edin ✅Fürsət tapdıqca ayaqlarınızı yuxarı qaldırın. İstirahət edərkən və ya uzanarkən yastıqla ayaqlarınızı yüksəldin. ✅Bol-bol su için Əgər ayağınızda şişkinlik olarsa,mütləq ginekoloqunuzla məsləhətləşdikdən sonra fleboloq müayinəsində olun,sizə uyğun corab təyin edilsin.

Problemi damarlara əlvida adlı bloqumuza keçid etmək üçün klik edin 

Sosial şəbəkələrdən damar cərrahına verilən suallar haqqında? Varikozun müalicəsi necə olur? adlı videomuzu izləmək üçün klik edin