Diabetik ayaq nədir?

Bu gün şəkərli diabet,yüksək qan şəkəri nəticəsində meydana gələn və bir çox orqan tutulmasına səbəb olan bir xəstəlikdir. Diabet tarix boyu cəmiyyətlərin ən mühüm sağlamlıq problemlərindən biri olmuşdur. Yeni müalicə yanaşmaları və inkişaf etdirilən dərmanlar sayəsində qan şəkərinin səviyyəsi nəzarət altında saxlanıla bildiyindən, diabetin ölümcül kəskin ağırlaşmalarına daha az rast gəlinir. Xüsusilə uzunmüddətli ağırlaşmalar çox vaxt həyatı məhdudlaşdıra bilər. Əl və ayaqlarda neyropatiya, böyrəklərdə nefropatiya, gözlərdə retinopatiya və diabetik ayaq inkişaf edə bilər. Şəkərli diabetə yoluxma halları 6-7% təşkil edir. Diabetli xəstələrin xəstəxanaya müraciət etmə səbəblərinin %20-ni ayaq problemləri təşkil edir. Ümumilikdə amputasiya əməliyyatlarının 50-70%-ni şəkərli diabet xəstələri təşkil etdiyi müəyyən edilib. Orqan itkisi olan diabet xəstələrində ikinci əməliyyat riski 2 il ərzində 50%-ə çatır. Şəkər xəstələrinin 70%-də ayaq problemləri yaranır və diabetik ayaq yaraları meydana gəlir.

Diabetik ayaq sinir sisteminə, qan damarlarına, oynaq, aşağı ətraflar və aşağı ətraflara təsir edən, pəncədə xora şəklində təzahür edən, ətrafların amputasiyasına gətirib çıxaran təhükəli vəziyyətdir.

 

Diabetik Ayağın Simptomları

Diabetli xəstələrdə ayaq yaraları ilk əlamət ola bilər. Ayaq yaralarının əmələ gəlməsinə səbəb olan bir neçə əsas səbəb var: Nəzarətsiz şəkər, nəzarətsiz qidalanma, damarların tıxanması və stenozu (diabetik vaskulopatiya), sinirlərin zədələnməsi (diabetik neyropatiya), qeyri-adekvat ayaq, gigiyena şəraiti. Ayaqlarda ağrıların əsas səbəbi damar darlığı və tıxanma səbəbiylə yerimə zamanı baldır əzələlərinə lazım olan qanı göndərə bilməməsidir. Başlanğıcda heç bir əlamət olmasa da, damarlarda daralma və tıxanıklıqlar artdıqca, yerimə ilə inkişaf edən ayaqlarda ağrılar meydana gəlir. Bu ağrı getdikcə şiddətlənir və insanı dayanıb istirahət etməyə məcbur edir. İstirahətlə keçən ağrı gələcəkdə istirahət zamanı da yarana bilər. Bunun xaricində ayaqlarda soyuqluq hissi, rəng dəyişikliyi və sağalmayan yara və xoralar əmələ gələ bilər.

Ayaq damarlarının və diabetik ayağın diaqnozu

Doppler ultrasəs müayinəsi xəstənin müayinəsi zamanı nəbzləri aşkar etmək mümkün olmadıqda ilk diaqnostik üsuldur. Bununla problem aşkar edildikdən sonra müalicə öncəsi planlaşdırma üçün angioqrafiya (damarların görüntülənməsi) aparılır
Diabetik ayağın müalicəsində əsas məqsəd ayaqların qorunmasıdır. Dekompensasiya olunmuş şəkərli diabet davamlı olaraq şəkərin qanda səviyyəsinin yüksək olmasıdır ki, bu da öz növbəsində qan-damar və sinir sisteminin zədələnməsinə gətirib çıxarır. Məhz diabetik neyropatiya diabetik ayağın inkişafında pataloji kaskad rolunu oynayır. Bu halda ən təhlükəli ağırlaşma ətrafların qanqrenası və amputasiyasıdır.

Qanqrena hansı hallarda yaranır adlı bloqumuza keçid etmək üçün klik edin

Diabetik ayaq yarası zamanı amputasiyadan qaçmaq mümkündür adlı videomuzu izləmək üçün klik edin